Türkiyəli müdafiəçi Şimali Makedoniya millisində oynayacaq

19:59 - 2 İyul 2026

"Qalatasaray"ın müdafiəçisi Kazımcan Karataş milli komanda seçimini etməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, 23 yaşlı futbolçu Şimali Makedoniya yığmasında oynayacaq. Bu barədə "HT Spor" məlumat yayıb.

Karataş artıq Şimali Makedoniya Futbol Federasiyası ilə danışıqlar aparıb və onlara müsbət cavab verib. Sol cinah müdafiəçisi artıqq adıçəkilən ölkənin vətəndaşlığını almaq üçün rəsmi müraciət edib. Prosesin iki ay ərzində yekunlaşacağı və futbolçunun Şimali Makedoniya seçməsinin formasını geyinəcəyi bildirilir.

Qeyd edək ki, Kazımcan Karataş Türkiyənin əsas milli komandasına dəvət alsa da, orada debüt etməyib.

Xəbər xətti