33 yaşlı hücumçu Kevin Volland futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Sportal.az xəbər verir ki, alman futbolçu karyerası ərzində "Hoffenhaym", "Bayer", "Monako" və "Yunion"(Berlin) kimi klublarda çıxış edib. Onun son komandası isə karyerasının əvvəlində də formasını geyindiyi "1860 Münix" olub. Volland həmçinin Almaniyanın əsas komandasında 15 oyuna çıxıb.
“Bir məqamda insan özü üçün çətin qərar qəbul etməli olur. Elə bir vaxt gəlir ki, karyeranı başa vurmaq qaçılmaz olur – hazırda mənimlə də baş verən budur.
16 gözəl ilə görə təşəkkür edirəm, bu mənim üçün böyük zövq idi və bunun üçün çox darıxacağam”, – deyə Volland bildirib.
saytlarin hazirlanmasi
