Paytaxt klubu ispan müdafiəçi ilə anlaşdı

16:52 - 3 İyul 2026

"Latsio" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Alfonso Pedraza ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı müdafiəçi "Latsio"ya azad agent kimi keçib. İspaniyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Pedraza daha əvvəl 15 il "Vilyarreal"da çıxış edib. O, bundan əvvəl "Luqo", "Lids", "Alaves", "Betis" klubunda oynayıb.

Xəbər xətti