İngiltərə millisinin sabiq üzvü bu klubda qalacaq

13:17 - 4 İyul 2026

"Seltik" müqaviləsi başa çatan Aleks Oksleyd-Çemberleynlə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Şotlandiya çempionu ingiltərəli yarımmüdafiəçini komandada saxlayacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İngiltərə millisinin üzvü üzvü ilə 1 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Aleks Oksleyd-Çemberleyn bu ilin fevralından "Seltik"də çıxış edir. 32 yaşlı futbolçu "ağ-yaşıllar"ın heyətində meydana çıxdığı 12 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti