"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq

13:41 - 4 İyul 2026

Yeni mövsüm üçün hazırlığa başlayan "Kəpəz"in yoxlama oyunlarında üz-üzə gələcəyi ilk rəqib müəyyənləşib.

Sportal.az xəbər verir ki, "sarı-göylər" iyulun 14-də "Qəbələ" ilə qarşılaşacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Oyun Qəbələ şəhər stadionunda keçiriləcək.

Xəbər xətti