Paris-2024: Lamiyə Vəliyeva ikinci medalını qazandı

12:33 - 7 Sentyabr 2024

Azərbaycan idmançısı Lamiyə Vəliyeva Paris-2024 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.

Sportal.az xəbər verir ki, 400 metr məsafəyə qaçışda mübarizə aparan paraatletimiz gümüş medal qazanıb. O, O, finiş xəttini 55,09 saniyəyə keçib.

Qeyd edək ki, Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda dünya rekordu ilə Olimpiya çempionu olub.

Xəbər xətti