Yığma komandamız şotlandlara uduzdu

09:49 - 5 Sentyabr 2024

İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olan u-19 yığmamız ilk yoldaşlıq görüşünə çııxıb.

Sportal.az xəbər verir ki, 19 yaşlılardan ibarət millimiz Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Qarşılaşma şotlandların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan yığması toplanış çərçivəsində sentyabrın 6-da Niderlandın, 9-da isə Uelsin U-19 kollektivi ilə qarşılaşacaq. 

Xəbər xətti