Türkiyənin "Hatayspor" klubuna transfer qadağası cəzası verilib.
Sportal.az xəbər verir ki, buna səbəb Super Liqa təmsilçisinin Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşova borcunun olmasıdır. Bu barədə "Ajansspor" məlumat yayıb.
"Hatayspor" 2 transfer dönəmində heyətini yeni futbolçu ilə gücləndirə bilməyəcək. Klubun Klub İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququ var.
Qeyd edək ki, Renat Dadaşov 2023/2024 mövsümündə icarə əsasında "Hatayspor"un formasını geyinib. 25 yaşlı forvard komandanın heyətində meydana çıxdığı 33 rəsmi matçda 6 qol vurub.
saytlarin hazirlanmasi