“Qarabağ”ın hücumçusu Juninyonun “Flamenqo”ya mümkün transferi ilə bağlı yaranmış vəziyyətin bəzi təfərrüatlar məlum olub.
Sportal.az “Coluna do Fla” portalına istinadən xəbər verir ki, Braziliya klubu Ağdam təmsilçisinə 4 milyon avroluq rəsmi təklif göndərib və hazırda Azərbaycan çempionundan cavab gözləyir.
Bildirilir ki, artıq Juninyonun özü ilə razılıq əldə olunub, Braziliya klubunun baş məşqçisi Filipe Luis ona layihəsi barədə danışaraq onu “Sevilya”ya keçmək fikrindən daşındırıb.
Artıq tərəflər 3 illik müqavilə imzalamaq barədə razılığa gəliblər.
"Flamenqo" 28 yaşlı forvardın ABŞ-dakı mövsümöncəsi məşqi zamanı yeni transferi təqdim etməyi planlaşdırırlar. Lakin Braziliya mətbuatında o da qeyd olunur ki, Juninyonun "Sevilya"ya keçməkdən imtina etməsi "Qarabağ" rəhbərliyini qıcıqlandırıb və buna görə də bu keçidi asanlaşdırmayacağına söz verir.
saytlarin hazirlanmasi