“Qarabağ”ın oyunlarını izləyirəm və ümumilikdə çox uğurlu çıxış etdiklərini deyə bilərəm".
Sportal.az xəbər verir ki, bu sözləri “Azərtac” dövlət agentliyinə müsahibəsində türkiyəli mütəxəssis Volkan Dəmirəl deyib.
O, Ağdam təmsilçisinin yaxşı formada olduğunu bildirib: “Bəzi oyunçularını diqqətlə izləyirəm və onlara gələcək matçlarda da uğurlar arzulayıram. Qarşıdakı görüşlər çətin olacaq, amma komandanın potensialı yüksəkdir və yaxşı nəticələr gözləmək olar”.
Mütəxəssis Azərbaycan çempionunun heyətində bəyəndiyi futbolçuların da adlarını çəkib: “Xüsusilə Kevin Medinaya diqqət yetirirəm. Onu 2-3 il əvvəl izlədim və çox yaxşı müdafiəçi olduğunu gördüm. Nəriman Axundzadə isə son iki ildə komandaya həm çoxlu qollar, həm də vacib nəticələr qazandırıb. Onun çıxışını da yüksək qiymətləndirirəm. Bu oyunçuların həm fərdi, həm də komanda üçün böyük əhəmiyyəti var”.
Qeyd edək ki, Volkan Dəmirəl Türkiyə millisində və “Fənərbağça”dakı uğurlu çıxışı ilə tanınıb. Onun məşqçi kimi son klubu Ankaranın “Gənclərbirliyi” komandası olub.
saytlarin hazirlanmasi
