İtaliyanın "Yuventus" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, Turin təmsilçisi "Vitoriya"da çıxış edən Alberto Koştanın keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Yuventus" portuqaliyalı müdafiəçi üçün onun klubuna 15 milyon avro təzminat ödəyəcək. 21 yaşlı sağ cinah müdafiəçisi ilə 5 illik müqavilənin şərtləri razılaşdırılıb.
Qeyd edək ki, Alberto Koşta "Vitoriya"nın yetirməsidir. Portuqaliya U-21 millisinin üzvü bu mövsüm Gimaraynş təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi