Futzal üzrə FIFA referisi Əli Cəbrayılov beynəlxalq təyinat alıb.
Sportal.az xəbər verir ki, Ə.Cəbrayılov Avropa çempionatının əsas mərhələsinin Danimarka – Qazaxıstan oyununun üçüncü hakimi olacaq. VI qrupun üçüncü tur matçında slovakiyalı Rastislav Behancin birinci, Martin Matula isə ikinci hakim funksiyasını yerinə yetirəcək.
Qarşılaşma fevralın 1-də Sonderborqda keçiriləcək.
saytlarin hazirlanmasi