"Ayntraxt"ın hücumçusu Omar Marmuş karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Mançester Siti" misirli futbolçunun keçidini yekunlaşdırmağa çalışır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Şəhərlilər" Marmuşla şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Transferlə bağlı onun klubu ilə danışıqlar son mərhələdədir.
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola 25 yaşlı forvardın oyununu çox bəyənir. Son detallar razılaşdırıldıqdan sonra futbolçunun növbəti həftə yeni klubu ilə müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, "Ayntraxt" Omar Marmuşu 2023-cü ilin yayında "Volfsburq"dan transfer edib. Misir millisinin üzvü bu mövsüm Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 18 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi