Futbol üzrə Albaniya Super Liqasında 20-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" doğma meydanda "Laçi"ni qəbul edib. Matç ev sahiblərini 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Zamiq Əliyev də qarşılaşmanın iştirakçısı olub. 23 yaşlı mərkəz müdafiəçisi 90-cı dəqiqədə meydana daxil olub.
Xallarını 33-ə yüksəldən "Eqnatiya" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi