Premyer Liqa klubu baş məşqçisi ilə vidalaşıb

11:22 - 10 Yanvar 2025

Premyer Liqa təmsilçilərindən "Everton" baş məşqçisi Şon Dayçla yollarını ayırıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İngiltərə klubunun baş məşqçi postu müvəqqəti olaraq U-18 komandasının çalışdırıcısı Leyton Beynsə tapşırılıb.

Qeyd edək ki, Dayş 2023-cü ilin yanvar ayından “Everton”u çalışdırırdı.

Komanda hazırda Premyer Liqada 19 oyundan sonra 17 xalla 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti