"Fənərbaxça" "Bolonya"nın müdafiəçisini transfer etmək istəyir

19:51 - 10 Yanvar 2025

"Bolonya"nın müdafiəçisi Con Lukumi karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" kolumbiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

"Bolonya" Lukumi üçün Türkiyə klubundan 20 milyon avro tələb edir. Klublar arasında anlaşma əldə olunsa, 26 yaşlı mərkəz müdafiəçisi "Fənərbaxça"ya keçəcək.

Qeyd edək ki, "Bolonya" Con Lukumini 2022-ci ilin avqust ayında "Genk"dən transfer edib. Kolumbiya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində 21 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti