"İnter"in yarımmüdafiəçisi Davide Frattezi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər "Tottenhem" italyan futbolçunu transfer etmək istəyir. Bu barədə "Tuttomercato" nəşri məlumat yayıb.
London klubu orta xətt oyunçusunu bu ay heyətinə qatmağa çalışır. "İnter" 25 yaşlı yarımmüdafiəçi üçün 45 milyon avro tələb edir. Əsas heyətdə yerini itirən futbolçu özü də komandadan ayrılmaq istəyir.
Qeyd edək ki, "İnter" Davide Frattezini 2023-cü ilin yayında "Sassuolo"dan transfer edib. İtaliya millisinin üzvü bu mövsüm Milan təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi