FKSB-nin sahibi Gigi Bekali Avropa Liqasının əsas mərhələsinin 7-ci turunun Bakıda “Qarabağ”a qarşı keçirəcəyi oyun ərəfəsində bu il üçün hədəflərini açıqlayıb.
Sportal.az xəbər verir ki, "DigiSport"a açıqlama verən klub rəhbəri komandasının uğurlu nəticələrə kökləndiyini söyləyib:
"2025-ci ildə komandanın Avropa Liqasında final oynamasını və Çempionlar Liqasının əsas mərhələsinə düşməsini istəyirəm. Bu mənim arzumdur, özü də bu il üçün. Üstəlik, biz finişə 5-6 tur qalmış ölkə çempionu olmalıyıq. Bunlar təkəbbürlü ifadələrdir, özümü asaram, amma onlardan vaz keçmərəm. Sadəcə, son turun “Mançester Yunayted”lə ev oyununa bilet satışından bir milyon avro qazandıq. Bizi isti yanvar və bir az fevral ayı gözləyir. Hansı ki, üç gündən bir oyun oynayacağıq. “Universitatya Krayova”, “ÇFR Kluj”, “Qarabağ”, “Mançester Yunayted” və UTA Arad-la görüşləri gözləyirik".
"Qarabağ" - FKSB matçı yanvarın 23-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə 21:45-də start veriləcək.