Futbol üzrə Türkiyə 1-ci Liqasında 19-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" səfərdə "Pendikspor"un qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Coşqun Diniyev də bu görüşün iştirakçısı olub. 29 yaşlı futbolçu matça start heyətində başlayıb. O, 90 dəqiqə meydanda qalıb.
19 turdan sonra aktivində 34 xal olan "Bandırmaspor" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi