Çexiya millisinin, “Latsio” və “Yuventus” kimi klublarda oynamış Pavel Nedved Səudiyyə Ərəbistanında çalışacaq.
Sportal.az xəbər verir ki, o, “Əl-Şabab”da çalışacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Nedved klubun idman direktoru vəzifəsində işləyəcək.
Veteran futbolçu 2010-cu ilin oktyabrından 2022-ci ilin noyabrına kimi “Yuventus”da direktorlar şurasının üzvü, sonra isə vitse-prezident vəzifəsində çalışıb.
Qeyd edək ki, ötən ayın sonunda Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim “Əl-Şabab”a baş məşqçi təyin edilib.
saytlarin hazirlanmasi