İngiltərənin "Çelsi" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, London klubu "Sportinq"də çıxış edən Konrad Harderi transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Premyer Liqa klubu 19 yaşlı forvard üçün "Sportinq"ə 42 milyon funt-sterlinq təklif edəcək. "Çelsi" ilə yanaşı, "Arsenal" və "Vest Hem" də Danimarka U-21 millisinin üzvü ilə maraqlanır.
Qeyd edək ki, "Sportinq" Konrad Harderi ötən ilin sentyabr ayında "Norşellan"dan transfer edib. Gənc hücumçu Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi