"Qarabağ"ın hücumçusu Juninyonun karyerasını harada davam etdirəcəyi məlum olub.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu ölkəsində çıxış edəcək. Bu barədə "TNT Sports" məlumat yayıb.
Daha əvvəl "Sevilya" ilə anlaşmağa yaxın olan 28 yaşlı forvard "Flamenqo"ya keçəcək. Braziliya klubunun sərfəli maaş təklifi Juninyonun seçimində rol oynayıb. "Qarabağ" isə bu keçiddən 5 milyon avro gəlir əldə edəcək.
Qeyd edək ki, "Qarabağ" Juninyonu 2023-cü ilin yayında Portuqaliyanın "Şaveş" klubundan transfer edib. Təcrübəli oyunçu bu mövsüm Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi