“Şamaxı” futbolçusu Zahid Mərdanovla yollarını ayırıb.
Sportal.az xəbər verir ki, müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Zahid Mərdanov 2023-cü ilin yanvarından bölgə təmsilçisində çıxış edirdi.
"Şamaxı" Zahid Mərdanova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
saytlarin hazirlanmasi