Aleks de Souza ilə yollar ayrıldı

20:57 - 13 Yanvar 2025

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Antalyaspor" Aleks de Souza ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Aleks de Souza mövsümün əvvəlində "Antalyaspor"un baş məşqçisi təyin olunmuşdu. Komanda 47 yaşlı mütəxəssisin rəhbərliyi altında keçirdiyi 21 rəsmi matçda 9 qələbə qazanıb, 3 heç-heçə edib, 9 dəfə isə məğlub olub. "Ağ-qırmızılar" Super Liqada 19 turdan sonra 21 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Aleksin rəhbərlik etdiyi kollektiv dünən "Trabznspor"a 0:5 hesabı ilə məğlub olub.

Xəbər xətti