"Qarabağ"ın rəqibi məğlub oldu

09:34 - 13 Yanvar 2025

“Qarabağ”ın Avropa Liqasının əsas mərhələsindəki rəqibi olan Rumıniyanın FKSB klubu Antalyada (Türkiyə) qış təlim-məşq toplanışı çərçivəsində yoxlama görüşünə çıxıb.

Sportal.az xəbər verir ki, “Qarabağ”ın rəqibi Ukraynanın “Dinamo” (Kiyev) ilə yoldaşlıq oyununa çıxıb.

Ukrayna klubu bu matçda 2:1 qalib gəlib.

Xatırladaq ki, “Qarabağ” – FKSB matçı yanvarın 23-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.

Xəbər xətti