Azərbaycan və "Qarabağ"a təşəkkür etdi: "Sonsuz minnətdarıq"

12:18 - 14 Yanvar 2025

“Qarabağ”ı "Flamenqo"ya dəyişən Juninyonun həyat yoldaşı Vivian Azərbaycana və "Qarabağ"a təşəkkürünü bildirib. 

Sportal.az xəbər verir ki, braziliyalı xanım sosial şəbəkə hesabında bu cür paylaşım edib:

“Bizi qarşıladığınız və günlərimizi xoşbəxt etdiyiniz üçün təşəkkür edirik. Gözəl hekayə idi. Sonsuz minnətdarıq. “Qarabağ”, inanılmazsan. Dünyadakı bütün uğurları bu kluba arzulayıram”.

Qeyd edək ki, “Qarabağ” Juninyonun keçidindən 5 milyon avro qazanc əldə edəcək. O, Ağdam təmsilçisinin heyətində 80 oyunda 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti