"Araz-Naxçıvan" futzal klubunun yeni təyin olunmuş məşqçisi Yevgeni Kukseviç yanvarın 16-da Bakıya gələcək.
Sportal.az xəbər verir ki, o, yanvarın 17-də yeni komandasını ilk məşqinə çıxaracaq.
Rusiyalı çalışdırıcı komandanın sükanı arxasındakı debütü yanvarın 18-də, Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Baku Fire” komandası ilə matçda baş tutacaq.
Yaxın günlərdə “Araz-Naxçıvan” iki legioner transfer etməyə hazırlaşır.
saytlarin hazirlanmasi