İngiltərənin "Arsenal" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, London təmsilçisinin hücumçusu Qabriel Jezus sıradan çıxıb.
Braziliyalı futbolçu İngiltərə Kubokunun 1/32 final mərhələsinin "Mançester Yunayted"lə matçında dizindən zədələnib. Jezus uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Arsenal" Qabriel Jezusu 2022-ci ilin yayında "Mançester Siti"dən transfer edib. Braziliya millisinin üzvü olan 27 yaşlı forvard bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 27 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi