Türkiyənin "Antalyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Emre Belözoğlu çalışdıracaq.Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
44 yaşlı türk mütəxəssislə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Antalyaspor" dünən Aleks de Souza ilə yollarını ayırıb. Emre Belözoğlunun son iş yeri isə "Ankaragücü" olub.
saytlarin hazirlanmasi