"Mançester Siti" portuqaliyalı müdafiəçi üçün 40 milyon ödəyəcək

16:00 - 5 Sentyabr 2024

"Mançester Siti" heyətini gücləndirmək istəyir.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "şəhərlilər"in çalışdırıcısı Xosep Qvardiola "Sportinq"in müdafiəçisi Osman Diomandenin keçidinin rəhbərlikdən həll olunmasını xahiş edib. 

"Mançester Siti" 20 yaşlı futbolçu üçün Portuqaliya nəhəngi ilə danışıqları davam etdirir.

Transferin 40 milyon avroya başa gələcəyi gözlənilir.

Diomandenin "Sportinq"lə müqavilə müddəti 2027-ci ilin iyunun 30-na qədərdir. 

Xəbər xətti