Öncə Santuş, sonra Kaltsona

12:13 - 6 Sentyabr 2024

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 8-də, Koşitse şəhərindəki Koşitse Futbol Arenasında keçiriləcək Slovakiya – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, mətbuat önünə millimizin çalışdırıcısı Fernandu Santuş çıxacaq, daha sonra isə Slovakya millisinin baş məşqçisi Françesko Kaltsona konfransda iştirak edəcək. 

7 sentyabr
 
Slovakiya milli komandası
16:15. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Slaviya Texniki Universitetinin meydançası)
19:00. Mətbuat konfransı (Koşitse Futbol Arenası)
 
Azərbaycan milli komandası
17:15. Mətbuat konfransı (Koşitse Futbol Arenası)
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Koşitse Futbol Arenası)
 
Qeyd: tədbirlərin başlanma saatı yerli vaxtla göstərilib.

Xəbər xətti