"Qalatasaray" türk futbolçuya 75 milyon maaş verəcək

12:55 - 7 Sentyabr 2024

Türkiyənin "Qalatasaray" klubu Barış Alper Yılmazın müqaviləsinin müddətini uzadacaq.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 24 yaşlı vingerlə 5 illik yeni sözləşmə imzalayacaq. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Qalatasaray" hazırda illik 10 milyon TL maaş alan türk futbolçunun maaşını artıracaq. Yeni müqavilə ilə Barışın illik gəliri 75 milyon lirə olacaq. Bu, komandadakı türk oyunçular içərisində ən yüksək məbləğdir.

Qeyd edək ki, "Qalatasaray" Barış Alper Yılmazı 2021-ci ilin yayında "Ankara Keçiörengücü"dən transfer edib. Türkiyə millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 114 rəsmi matçda 13 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti