Millimizdə ciddi itki - Slovakiyaya qarşı oynamayacaq

11:34 - 6 Sentyabr 2024

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, millimizin futbolçusu Bəhlul Mustafazadə zədə səbəbindən heyətdən çıxarılıb.

Qeyd edək ki, komandamız UEFA Millətlər Liqasının qrup mərhələsinin II turu çərçivəsində sentyabrın 8-də Koşitsedə Slovakiya yığması ilə qarşılaşacaq.

Xəbər xətti