Azərbaycanın U-21 yığmasının sabiq üzvü Dmitri Nağıyev Ukrayna klubundan ayrılıb.
Sportal.az saytına bu barədə futbolçu özü məlumat verib.
Belə ki, müdafiəçi mövsümün əvvəlində müqavilə imzaladığı "Minay"da qalası olmayıb.
Buna səbəb isə klubdakı problemlərdir. Nağıyevin "Minay"la mövsümün sonuna qədər müqaviləsi qüvvədə olsa da, azad agent statusuna yiyələnməyi bacarıb.
Qeyd edək ki, onun sabiq komandası Ukrayna birinci liqasında mübarizə aparır.
29 yaşlı futbolçu “Dnepr”, “Qarabağ”(Vyana), “Sumqayıt”, “Kova-da Piedadi”(Portuqaliya), “Stumbras”(Litva), “Dinamo-Avto”(Moldova), “İnqulets”, “Obolon” komandalarında oynayıb.
saytlarin hazirlanmasi