Roman Qriqorçuk "Neftçi"dəki dövrü xatırladı: "Ukraynaya qayıtmaq istəyirdim"

17:22 - 20 Dekabr 2024

Ukrayna LNZ klubunun yeni baş məşqçisi Roman Qriqorçuk hazırkı təyinatını şərh edərkən “Neftçi”dəki qısa müddət çalışmasını da xatırlayıb.

Sportal.az “Террикон”a istinadən xəbər verir ki, ukraynalı mütəxəssis Bakı klubundakı iş prosesi haqda bunları deyib:

"Mən həqiqətən Ukraynaya qayıtmaq istəyirdim. Azərbaycana sonuncu gedişim planlaşdırılmamış və arzuolunmaz oldu. Daha doğrusu, təsadüf idi. Artıq Ukraynaya qayıtdım və buna görə çox şadam".

Xatırladaq ki, Qriqorçuk bu yay "Neftçi”yə baş məşqçi təyin olunsa da, oktyabrın əvvəlində istefaya göndərilmişdi.
 

Xəbər xətti