"Monako"nun baş məşqçisi Adolf Hütter Liqa 1-in 16-cı turunun PSJ ilə ev oyunu (2:4) haqda danışıb.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis məğlubiyyətdən savavyı, bu görüşdə ağır zədə alan PSJ-nin qolkiperi Canluici Donnarummannın epizodunu da şərh edib:
"Əvvəla, hər kəs yaxşı, gərgin və iki komandanın da hücumda oynadığı möhtəşəm matç gördü. Cəsarətli idik. Lakin rəqib geridönüşü çox tez etdi. Çox məyus olduq, amma rəqibin oyunçularının ustalığına görə futbolçularımı günahlandıra bilmərəm. Canluici Donnarummanın üzünə vurulan zərbəni görmək üçün çox uzaqda idim. Ondan üzr istəyirəm. Amma futbolda belə hallar olur. Vilfrid Sinqo tərəfindən qəsdən vurulmuş zərbə deyildi, onun üstündən tullanmaq istəyirdi. Vilfred də ona nə etdiyini başa düşməkdə çətinlik çəkirdi. Futbolda belə hallar yaşanır".
Xatırladaq ki, PSJ-nin qapıçısı Canluici Donnarumma "Monako"nun futbolçusu ilə toqquşduqdan sonra üzünə on tikiş atılıb.
saytlarin hazirlanmasi