AFFA bölgə klubuna texniki məğlubiyyət verdi

12:42 - 20 Dekabr 2024

Azərbaycan 2-ci liqasında mübarizə aparan "Qusar" klubuna texniki məğlubiyyət verilib.

Sportal.az xəbər verir ki, AFFA İntizam Komitəsinin bugünkü iclasında bu haqda qərar açıqlanıb.

2-ci liqada 13-cü turun “Qusar” – “Şahdağ Qusar” oyunu meydan sahiblərinin matça gəlməməsi səbəbindən baş tutmayıb. Buna görə “Qusar”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Klub həmçinin 300 manat cərimə edilib.

Xəbər xətti