"Şamaxı" bu futbolçu ilə yollarını ayıracaq

11:32 - 20 Dekabr 2024

Qış fasiləsində "Şamaxı"nı tərk edəcək ilk futbolçu müəyyənləşib.

Sportal.az saytına verilən məlumata görə, Premyer Liqa klubu Ramin Əhmədovla yollarını ayıracaq. 23 yaşlı yarımmüdafiəçinin performansı məşqçilər korpusunu qane etmir.

Bölgə klubu Əhmədovun yanvar ayında başa çatan müqaviləsinin müddətini uzatmayacaq.

Qeyd edək ki, Ramin Əhmədov 2023-cü ilin fevral ayından "Şamaxı"da çıxış edir. O, bu mövsüm komandanın heyətində Premyer Liqada 2, ölkə kubokunda isə 1 matçda iştirak edib.

Xəbər xətti