AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda I Liqanın 10-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
18 dekabr 2024-cü il tarixində I Liqada X turun MOİK – “Baku Sporting” oyununda “Baku Sporting” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Baku Sporting” komandası 70 manat cərimə edilir (maddə 37);
19 dekabr 2024-cü il tarixində I Liqada X turun “Karvan” – “Mingəçevir” oyununun 46-cı dəqiqəsində “Mingəçevir” komandasının 24 nömrəli futbolçusu Xəyal Xudaverdiyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Mingəçevir” komandası 100 manat cərimə edilir (maddə 41);
19 dekabr 2024-cü il tarixində I Liqada X turun “Zaqatala” – “Cəbrayıl” oyunu “Cəbrayıl” komandasının qapıçısının formasında qüsur olması səbəbindən gec başladığına görə “Cəbrayıl” komandası 80 manat cərimə edilir (maddə 75.6);
19 dekabr 2024-cü il tarixində I Liqada X turun “Qəbələ” – “Qaradağ Lökbatan” oyununun 65-ci dəqiqəsində “Qaradağ Lökbatan” komandasının 44 nömrəli futbolçusu Xəyyam Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qaradağ Lökbatan” komandası 50 manat cərimə edilir (maddə 36.5);
19 dekabr 2024-cü il tarixində I Liqada X turun “İmişli” – “Difai” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilir (maddə 51.2);
saytlarin hazirlanmasi