Kamerun millisinin forvardı Erik Çupo-Motinq karyerasını ABŞ-da davam etdirəcək.
Sportal.az xəbər verir ki, təcrübəli hücumçu "Nyu-York Red Bullz”la anlaşıb.
Bu barədə MLS klubunun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı futbolçu ilə müqavilə müddəti 2026-cı ilin sonuna qədər nəzərdə tutulub. Çupo-Motinq hazırda iş vizasının çıxmasını gözləyir.
Kamerunlu daha əvvəl "Hamburq", "Nürnberq", "Maynts", "Şalke", "Stok Siti", “Bavariya”, PSJ klublarında oynayıb.