Hüseynov "Arda"dan ayrıldı, Azərbaycan klubunda oynayacaq

14:49 - 17 Dekabr 2024

Bolqarıstanın “Arda” klubu azərbaycanlı müdafiəçi Cəlal Hüseynovun Azərbaycanda oynamasına mane olmayıb.

Sportal.az xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.

21 yaşlı müdafiəçi karyerasını “Şamaxı”da davam etdirəcək.

Hüseynovun Bolqarıstan klubu ilə ümumilikdə 45 oyun keçirib, 1 qol vurduğu müqavilə 2026-cı ilin yayına kimi qüvvədə olub. Cəlal əvvəllər “Zirə” və “Şamaxı”da çıxış edib.

Xəbər xətti