İngiltərə Premyer Liqasında baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Sauthempton" Russell Martinlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı şotland mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Russell Martin ötən ilin yayında "Sauthempton"un baş məşqçisi təyin olunmuşdu. Komanda Premyer Liqada 16 turdan sonra 5 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi