"Yuventus"un qapıçısı Mikele Di Qreqorio yayda İngiltərəyə yollana bilərmiş.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, qolkiperin agenti Karlo Alberto Belloni bildirib ki, Mikele yayda Turin klubuna keçmək üçün "Liverpul"a transferdən imtina edib. İtaliyalı özü "qoca sinyora"nın formasını geyinmək istəyib.
Mövsüm başlamamışdan əvvəl "Yuventus" qolkiperi transfer etmək şərtilə "Montsa"dan icarəyə götürüb. O, bu mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə 15 oyun keçirib, 10 qol buraxıb və 9 oyunda qapısının toxunulmazlığını saxlayıb.
İtaliyalı qapıçı “İnter”, “Novara”, “Pordenone” komandalarında da çıxış edib.
saytlarin hazirlanmasi