Ukrayna millisinin və "Çelsi"nin futbolçusu Mixail Mudrikin dopinq testi müsbət çıxıb.
Sportal.az xəbər verir ki, 23 yaşlı futbolçunun qanında qadağan olunmuş maddə aşkarlanıb.
Mudrikdən növbəti test götürüləcək. Həmin test də pozitiv nəticə çıxarsa, Mudrik uzun müddətlik diskvalifikasiya ediləcək.
Ukrayna millisinin aparıcı üzvünün 4 illik cəzalanacağı ehtimal edilir. 23 yaşlı vinger bu mövsüm bütün turnirlərdə 15 oyun keçirib, 3 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Azərbaycan DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna ilə eyni qrupdadır.
Azərbaycan Ukrayna ilə Bakıda sentyabrın 9 da keçiriləcək. Komandaların ikinci oyunu isə oktyabrın 13-də baş tutacaq.
saytlarin hazirlanmasi