Mərakeş millisinin futbolçusu Brahim Dias Afrika Millətlər Kubokunun finalında Seneqala əlavə vaxtda 0:1 hesablı məğlubiyyətdən sonra azarkeşlərdən üzr istəyib.
Sportal.az xəbər verir ki, oyunun həlledici anı 90+24-cü dəqiqədə yaşanıb. Həmin epizodda Mərakeş penalti qazanıb. Zərbəni yerinə yetirmək məsuliyyətini üzərinə götürən Dias “panenka” üslubunda cəhd edib. Lakin onun zərbəsini seneqallı qapıçı dəf edərək komandasını xilas edib.
Finaldan sonra futbolçu sosial şəbəkələrdə emosional müraciət paylaşıb və ağrısını, məyusluğunu gizlətməyib:
“Ürəyim ağrıyır. Bu titul barədə sizin sevginiz, hər bir mesajınız və məni tək olmadığımı hiss etdirən dəstəyiniz sayəsində xəyal qururdum. Bacardığım qədər, hər şeydən əvvəl ürəyimlə mübarizə apardım. Dünən uğursuz oldum. Bütün məsuliyyəti üzərimə götürürəm, səmimi-qəlbdən üzr istəyirəm.
26 yaşlı vinger bu məğlubiyyəti qəbul etməyin asan olmayacağını etiraf edib, lakin dayanmayacağına söz verib:
“Özümə gəlmək çətin olacaq. Çünki bu yara asanlıqla sağalmayacaq. Amma çalışacağam. Özüm üçün yox, mənə inanan hər kəs və mənimlə birlikdə əziyyət çəkənlər üçün. Bir gün bu sevgiyə layiqincə cavab verə bilmək və xalqım üçün qürur mənbəyinə çevrilmək üçün yoluma davam edəcəyəm”.
saytlarin hazirlanmasi
