"Neftçi"də Misli Premyer Liqasının 17-ci turunda qarşılaşacağı “Zirə” ilə matçın hazırlığı start götürüb.
Sportal.az xəbər verir ki, yanvarın 17-də BƏƏ-nin paytaxtı Əbu-Dabidəki toplanşı başa vuraraq Bakıya qayıdan komandanın üzvləri bir günlük istirahətdən sonra bu gün “Palms Sports” Futbol Mərkəzində baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında məşqə çıxıblar.
Qeyd edək ki, yanvarın 23-də “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Zirə” oyunu saat 19:00-da başlanacaq.
saytlarin hazirlanmasi
