"Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov Sportal.az saytına açıqlama verib. O, komandasının Misli Premyer Liqasının 16-cı turunda qalib gəldikləri "Neftçi" (2:0) ilə oyunu şərh edib:
"Ötən turda "Neftçi" ilə görüşdə qələbə qazandıq. Bundan sonra da məşqlərdə növbəti turun oyununa fokuslanmışdıq. "Neftçi" ilə oyunlarımız hər zaman maraqlı keçir. Azarkeşlər üçün də bu iki komandanın oyunun izləmək maraqlıdır. Bu dəfə də belə oldu. Yaxşı oyun alındı, maraqlı keçdi. Şadam ki, qələbə qazana bildik. Ola bilsin ki, rəqiblər "Neftçi" ilə oyuna xüsusi yanaşırlar. Onların hansı pillədə qərarlaşmasının fərqi yoxdur".
Cənnətov ölkə çempionatının 17-ci turunda qarşılaşacaqları "Qarabağ"la görüşdən gözləntilərini bölüşüb:
"Qarabağ"ın nə qədər güclü olduğunu başa düşürük. Uzun illərdir ki, eyni qrafikdə oynayırlar. Digər oyunlara necə hazırlaşmışıqsa, "Qarabağ"la matça da elə hazırlaşmışıq. Bu oyunda da sona qədər mübarizə aparacağıq. Necə alınacağını isə oyun göstərəcək".
Mirbağırağa
saytlarin hazirlanmasi