Braziliya millisinin və “Real”ın sabiq müdafiəçisi Roberto Karlos Ronaldonun 2002-ci ildə "Qızıl top"u ondan oğurladığını deyib.
Sportal.az xəbər verir ki, "AS" nəşrinə danıaşn Karlos DÇ-2002-ni də xatırlayıb:
"Mən həmişə Ronaldoya "Qızıl top"un mənim olduğunu və məndən oğurladığını demişəm. "Qızıl top" mənim idi, Ronaldo onu məndən oğurladı. Dünya çempionatının final matçına qədər favorit özüm idim. Bu haqda eşitmişdim. Mən mükafatı 90 dəqiqə ərzində ona uduzdum. Ancaq bir müdafiəçinin “Qızıl top"un səsverməsində ikinci yeri tutması inanılmaz nəticədir. Onu yalnız Frants Bekkenbauer, Mattias Sammer və Fabio Kannavaro qazana bilmişdi. Beləliklə, ikinci yer böyük qürur üçün bir səbəbdir".
“İnter”də çıxış edən braziliyalı forvard zədə səbəbindən 2001/2002 mövsümünün çox hissəsini buraxmalı olmuşdu. O, 8 qolla 2002-ci il dünya çempionatının bombardiri adını qazanmışdı. Finalda isə Almaniya ilə görüşdə (2:0) dubla imza atmışdı. Nəticədə, mövsümlərarası fasilədə “Real”a(Madrid) keçən Ronaldo 2002-ci il üçün “Qızıl top”u qazanmışdı. Səsvermədə Roberto Karlos ikinci, Almaniya millisinin qapıçısı Oliver Kan isə üçüncü olmuşdu.
saytlarin hazirlanmasi