Kloze Emreli ilə haqda: "Ona dedim ki, mənim üçün xüsusi bir şey etməyə ehtiyac yoxdur"

09:47 - 15 Dekabr 2024

Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze komandanın azərbaycanlı hücumçusu Mahir Emreli ilə son oyunlardakı çıxışı ilə bağlı ciddi danışdığını bildirib.

Sportal.az xəbər verir ki, “Bild”ə açıqlama verən Kloze Emreli haqda bunları deyib:

"Mən ona kompakt oynamağın və və daha da intensiv məşqlərin nə qədər vacib olduğunu söylədim. O, hər şeyi başa düşür. Mən çoxlu müsbət məqamlar görürəm. Lakin bu o demək deyil ki, “Kölnə” qarşı keçiriləcək matçda hər şey düzələcək”.

Almaniyalı mütəxəssis millimizin üzvünün meydanda nümayiş etdirdiyi hərəkətlərinə də toxunub: "Ona dedim ki, mənim üçün xüsusi bir şey etməyə ehtiyac yoxdur. Effektli olmaq lazımdır. Çünki əhvalınız pisdirsə, az qaçırsınızsa, o zaman bu dabanla etdiyiniz fəndlərinin heç bir faydası olmayacaq. Oyuna qayıtmağın yeganə yolu intensivlik və hərəkətdir”.
 

Xəbər xətti