"Brayton"un hücumçusu Joao Pedro İngiltərə Premyer Liqasında klubunu dəyişməyə yaxındır.
Sportal.az xəbər verir ki, iki klub braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə UOL kanalı məlumat yayıb.
"Arsenal"dan sonra "Liverpul"da Joao Pedroya "elçi düşüb" Mersisayd klubu 23 yaşlı forvardı 2025-ci ilin yayı üçün əsas transfer hədəfi olaraq müəyyənləşdirib.
Qeyd edək ki, "Brayton" Joao Pedronu ötən ilin yayında "Uotford"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm "qağayılar"ın heyətində meydana çıxdığı 9 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi